

The Family Plan — zahirən adi, qayğıkeş həyat yoldaşı və ata kimi görünən Den Morqanın gizli keçmişindən bəhs edən dinamik komediya və döyüş filmidir. Əslində isə onun keçmişi peşəkar qatil kimi təhlükəli missiyalarla doludur. Köhnə düşmənləri yenidən onun izinə düşəndə Den ailəsini qorumaq üçün onları gözlənilməz səfərə aparır. Səyahət boyunca o, həm təhlükələrdən xilas olmağa, həm də ailəsindən keçmişi ilə bağlı həqiqəti gizlətməyə çalışır. Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz! Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir. SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun. Ulduzların altında görüşənədək!
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 10–20 AZN
Bilet al