
Son yenilənmə: 28 avqust 2026
EventPark olaraq məxfiliyinizə önəm veririk. Bu sənəd hansı şəxsi məlumatları topladığımızı, onlardan necə istifadə etdiyimizi və məlumatlarınız üzərindəki hüquqlarınızı izah edir. Platformadan (veb sayt və mobil tətbiq) istifadə etməklə bu siyasətə uyğun məlumat emalını qəbul etmiş olursunuz.
Hesab yaratdıqda ad-soyadınızı və e-poçt ünvanınızı e-poçt təsdiqi ilə birlikdə toplayırıq.
Profilinizi tamamladıqda vəzifə, şirkət adı, qısa məlumat (about me), profil şəkli, LinkedIn/Instagram hesabları, veb sayt ünvanı və maraq sahələri kimi könüllü məlumatları saxlayırıq.
Tədbir və bilet əməliyyatları zamanı qeydiyyat, satın alınan bilet növü, ödəniş üsulu və əməliyyat identifikatoru qeydə alınır — kart məlumatlarının özü deyil, bunlar etibarlı ödəniş provayderi tərəfindən emal olunur.
Networking və mesajlaşma funksiyalarından istifadə etdikdə göndərdiyiniz əlaqə sorğuları, qurduğunuz əlaqələr və birbaşa mesajların məzmunu saxlanılır.
Platformada iştirakınız zamanı yazdığınız qeydlər (notes), verdiyiniz suallar (Q&A), sorğu (survey) cavablarınız, tədbir/sessiya reytinq və rəyləriniz, əlfəcinlədiyiniz tədbirlər və izlədiyiniz təşkilatçılar qeydə alınır.
Cihaz və istifadə məlumatları: son giriş vaxtı, dil seçimi və bildiriş tənzimləmələri kimi texniki məlumatlar.
Topladığımız məlumatlardan yalnız EventPark xidmətlərini təqdim etmək üçün istifadə olunur — hesabınızı idarə etmək, bilet və qeydiyyat əməliyyatlarını təsdiqləmək, QR kodla giriş (check-in) təmin etmək və tədbirlə bağlı bildirişlər göndərmək.
Razılığınız olmadan şəxsi məlumatlarınız marketinq məqsədilə üçüncü tərəflərə satılmır və ya icarəyə verilmir.
Bir tədbirə qeydiyyatdan keçdikdə əlaqəli iştirakçı məlumatlarınız (ad, e-poçt, bilet statusu) yalnız həmin tədbirin təşkilatçısı ilə, iştirakınızı idarə edə bilmək üçün paylaşılır.
Profilinizdə "kəşf edilə bilən" ayarını aktiv etdikdə adınız, vəzifəniz, şirkətiniz və maraq sahələriniz eyni tədbirdəki digər iştirakçılara networking təklifləri şəklində göstərilə bilər.
Bu ayarı istənilən vaxt profil tənzimləmələrindən söndürə bilərsiniz — söndürdükdə profiliniz networking təkliflərində görünmür.
Profilinizdə paylaşdığınız LinkedIn, Instagram və veb sayt keçidləri yalnız sizin təqdim etdiyiniz formada göstərilir. Bu keçidlərə klikləməklə müvafiq platformanın öz məxfilik siyasətinə tabe olursunuz.
Sayt təcrübənizi yaxşılaşdırmaq üçün brauzer kukilərindən istifadə edirik — məsələn, dil seçiminizi və giriş sessiyanızı yadda saxlamaq üçün.
Brauzerinizin ayarlarından kukiləri qəbul etməməyi seçə bilərsiniz, lakin bu, saytın bəzi funksiyalarının düzgün işləməməsinə səbəb ola bilər.
Şəxsi məlumatlarınız yalnız aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşılır: ödənişləri emal edən provayderlərlə (əməliyyatın tamamlanması üçün), qeydiyyatdan keçdiyiniz tədbirin təşkilatçısı ilə və qanunun tələb etdiyi hallarda səlahiyyətli dövlət orqanları ilə.
EventPark məlumatlarınızı heç bir halda reklam məqsədilə üçüncü tərəf şirkətlərə satmır.
Məlumatlarınız şifrələnmiş infrastrukturda saxlanılır və giriş hüquqları ciddi şəkildə məhdudlaşdırılıb.
Hesabınızı sildikdə şəxsi məlumatlarınız, qanuni saxlama öhdəlikləri (məsələn, maliyyə əməliyyatlarının qeydiyyatı) istisna olmaqla, sistemdən silinir.
Profil tənzimləmələri bölməsindən şəxsi məlumatlarınıza baxa, onları dəyişə və ya yeniləyə bilərsiniz.
Hesabınızı birbaşa tənzimləmələr bölməsindən silə bilərsiniz — bunun üçün ayrıca sorğu göndərməyə ehtiyac yoxdur.
Yeni tədbir bildirişlərini almaq istəmirsinizsə, bunu profil tənzimləmələrindən istənilən vaxt söndürə bilərsiniz.
EventPark xidmətləri 16 yaşdan aşağı şəxslər üçün nəzərdə tutulmayıb. Belə şəxslərdən şüurlu şəkildə məlumat toplamırıq.
Bu Məxfilik Siyasətini vaxtaşırı yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər olduqda sizi platforma daxilində bildiriş vasitəsilə məlumatlandıracağıq.
Suallarınız üçün support@eventpark.io ünvanına yaza bilərsiniz.