

Tamaşa bəşəriyyətin ən böyük fatehlərindən olan Əmir Teymurun həyatından, döyüş yolundan bəhs edir. Səhnə əsərinin əsas qayəsi milli kimlik, milli özünüdərk məsələsidir. Tarix dövr edir. Hər şey öz yerinə qayıdır ideyası tamaşanın əsas fikir mühərriki rolunu oynayır. Tamaşanın süjet xətti iki türk cahangirinin — Əmir Teymurla Toxtamışın döyüşü üzərində inkişaf edir. Teymura sui-qəsd olur. Sui-qəsddən sağ qurtulan Əmir Teymur bunu edənləri araşdırır. Teymurun xəfiyyə-dərvişləri xəbər gətirir ki, onu öldürtmək istəyən Qızıl Orda xanı Toxtamışdır. Teymur buna inanmaq istəmir, çünki Toxtamışı özü himayə etmiş, onu taxta özü çıxarmışdır. Teymur Toxtamışın niyyətindən agah olduqdan sonra onunla müharibə etməyə qərar verir. Əmirin içini didib-dağıdan fikir budur: “Qardaşlarım niyə belə edir?” Teymur inanır ki, milli kimliyə sahib çıxmaqla, onu qorumaqla hər şeyə nail olmaq olar. Tamaşasının quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğludur.
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 8–25 AZN
Bilet al