

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər. Tamaşa ağ durnanın Qərb populyasiyasının sonuncu nümayəndəsi olan Omidin real həyat hekayəsinə əsaslanır. Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Omid 15 ildən artıq müddət ərzində Sibirdən Xəzər dənizinin cənub sahillərinə təkbaşına uçuşlar edib. Son iki il ərzində o nə qışlama yerlərində, nə də köç marşrutları üzərində müşahidə olunmayıb. Omidin həlak olması ehtimalı yüksəkdir; onunla birlikdə bütöv populyasiyanın yolu da qırılmış ola bilər. “Omid, sonuncu ağ durna” – sonuncu durna və yoxa çıxmaqda olan köç marşrutu haqqında poetik dildə danışılan hekayədir. Canlı musiqidən istifadə edərək, tamaşanın rejissoru Mikayıl Merdinli elə bir məkan yaradır ki, burada quş mifoloji varlığa çevrilir, yolu isə itirilməz, əbədiləşmiş bir izə dönür. Çünki Omid yalnız bir quş deyil. Omid – Ümiddir. Tamaşanın yaradıcı heyəti məlumat dəstəyinə görə Birdwatching Azerbaijan təşkilatına təşəkkürünü bildirir. Pyesin müəllifi: İsmayıl İman Quruluşçu rejissor: Mikayıl Merdinli Quruluşçu rəssam: Rufana Mamedova Plastik həll: Nigar Güləhmədova Rollarda: Məmməd Rəfiyev, Kamal İbrahimov, Atika Əliyeva, Avsəddin Ələkbərov, Rami Klim.
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 30–40 AZN
Bilet al