

6 sentyabr 1941-ci ildə Bakı Filarmoniyasında maestro Niyazi və bəstəkar Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Caz Orkestrinin ilk konserti baş tutmuşdur. 85 il sonra, eyni tarixdə və eyni səhnədə ""Cəngi" və "Aypara" qruplarının keçmiş solisti, ölkəmizi müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi olaraq təmsil edən Arzu Həsənli etno-caz proqramı çərçivəsində müəllifi olduğu bəstələri bu janrın tanınmış musiqiçiləri ilə birlikdə təqdim edəcək. Yubiley konsertində həmçinin Təbriz əsilli, hazırda İstanbulda yaşayan caz müğənnisi Sənəm Əbdüləzimzadə də iştirak edəcək. O, "Xarıbülbül" festivalındakı yaddaqalan çıxışı ilə dinləyicilərin rəğbətini qazanıb. Sənətçinin repertuarında həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri yer alır Gecənin xüsusi qonağı tanınmış tarzən Şəhriyar İmanov olacaq. Sizi Azərbaycan Dövlət Cazının 85 illiyinə həsr olunmuş möhtəşəm etno-caz konsertinə dəvət edir, bu əlamətdar günü birlikdə qeyd etməyə çağırırıq!
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 30–80 AZN
Bilet al