

Beynəlxalq Gözəllik və Estetika Konqresi Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti və AYPA International Academy and Events Group-un təşkilatçılığı ilə keçiriləcək və sahənin seçilən simalarını bir araya gətirəcək Beynəlxalq Gözəllik və Estetika Konqresində sizi aramızda görməkdən böyük məmnunluq duyacağıq. Sahənin tanınmış mütəxəssisləri, akademiklər, peşəkarlar və nüfuzlu brendlərin iştirak edəcəyi bu mötəbər platforma müasir yanaşmaların müzakirəsinə, peşəkar əlaqələrin genişlənməsinə və sektorun davamlı inkişafına mühüm töhfə verəcəkdir. Sektorun aparıcı nümayəndələri ilə görüşmək, yeni əməkdaşlıqlar qurmaq, bilik və təcrübə mübadiləsi aparmaq üçün bu nüfuzlu tədbirdə yerinizi almağı unutmayın. Gələcəyin gözəllik sahəsi liderlərinin yetişdirilməsinə dəstək vermək və beynəlxalq uğur hekayələrinin formalaşmasına töhfə göstərmək bizim üçün həm məsuliyyət, həm də qürur mənbəyidir. Plenar iclaslar – Bədənin yuxarı 1/3 hissəsinin estetik əməliyyatları 08:00–08:30 – Qeydiyyat 08:30–09:00 – Səhər yeməyi 09:00–09:30 – Açılış mərasimi 09:30–10:00 – Mühazirə – Prof. Vaqif Qələndərov (Azərbaycan) Mövzu: Qapalı rinoplastikada paloanazoostomiyanın üstün cəhətləri 10:00–10:30 – Mühazirə – Prof. Çingiz Rəhimov (Azərbaycan) Mövzu: Bişanın yağ toxumasından istifadə edərək göz orbitinin estetik və funksional bərpası üçün yeni bir yanaşma 10:30–11:00 – Mühazirə – Dr. Cahid Şahbazov (Azərbaycan) Mövzu: Keratopiqmentasiya: Seçim, yoxsa zərurət? Terapevtik və kosmetik keratopiqmentasiyanın təhlili 11:00–11:30 – Mühazirə – Dos. Nigar Sultanova (Azərbaycan) Mövzu: Estetik əməliyyatlar zamanı üzün nisbətləri və yumşaq toxumalarının qalınlığı 11:30–12:00 – Mühazirə – Dos. İsmayıl Fərzəliyev (Azərbaycan) Mövzu: Üz-çənə anomaliyaları ilə bağlı üzün estetik qüsurlarının aradan qaldırılmasında rəqəmsal texnologiyaların istifadəsi 12:00–12:30 – Çay fasiləsi Plenar iclaslar – Bədənin orta 2/3 hissəsinin estetik əməliyyatları 12:30–13:00 – Mühazirə – Prof. Kamuran Zeynep Sevim (Türkiyə) Mövzu: Anadangəlmə, inkişaf və travmatik döş asimmetriyasında estetik yanaşmalar 13:00–13:30 – Mühazirə – Prof. Özay Özkaya (Türkiyə) Mövzu: 360 dərəcəli bədən gərmə və omba şəkilləndirmə 13:30–14:00 – Mühazirə – Ph.D. Dr. Dilqəm Məhərrəmov (Azərbaycan) Mövzu: BBL əməliyyatlarında fərqli metod və texnologiyaların tətbiqi 14:00–14:30 – Mühazirə – Prof. Vaqif Qələndərov (Azərbaycan) Mövzu: Süd vəzi rekonstruktiv əməliyyatları və innovativ yanaşmalar 14:30–15:00 – Çay fasiləsi Plenar iclaslar – Bədənin aşağı 3/3 hissəsinin estetik əməliyyatları 15:00–15:30 – Mühazirə – Prof. Fatih Irmak (Türkiyə) Mövzu: Brazilian Butt Lift (BBL) əməliyyatında təcrübələrim və ağır əməliyyatlara qarşı şəxsi yanaşmam 15:30–16:00 – Mühazirə – Op. Dr. Aylin Kurt (Türkiyə) Mövzu: Vaginoplastika və labioplastika 16:00–16:30 – Mühazirə – Dr. Təravət Hümbətova (Azərbaycan) Mövzu: Genital estetika ilə bağlı risklər və mübahisələr 16:30–17:00 – Mühazirə – Prof. İlham Əhmədov (Azərbaycan) Mövzu: Kişilərdə penis əyriliyinin müasir estetik korreksiya metodları 17:00–17:30 – Layihənin təşkilində dəstəyi olan hüquqi şəxslərə və qurumlara təşəkkür mətninin səsləndirilməsi 17:30–18:00 – Bağlanış mərasimi Qeyd Konqresdə iştirak edəcək həkimlər ixtisaslarına uyğun DTT kreditləri ilə təmin olunacaqlar.
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 250–1.000 AZN
Bilet al