

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet “Müsyo Jordan Dərviş Məstəli şah” Yaş reytinqi: 18+ Müəllif: M. F. Axundzadə Quruluşçu rejissor: Gumrah Ömər Rollarda: Pərvanə Qurbanova (Xalq artisti), Elxan Yunis (Əməkdar artist), Ramiz Vəliyev (Əməkdar artist), Zəminə Cəfərova, Günay Xanlarqızı, Murad Meyfəliyev, Samir Abbasov, Rauf Hüseynov, Səbinə Cabbarova. Janr: satirik komediya Tamaşanın müddəti: 1 saat 10 dəq Tamaşanın başlanma vaxtı: 19:00 Əsərdə hadisələr Qarabağda cərəyan edir. Fransız alimi Müsyö Jordan botanika elmini öyrənmək üçün bölgəyə gəlir və yerli bəylərlə ünsiyyət qurur. O, Avropa elmini, maarifçiliyi və rasional düşüncəni təmsil edir. Digər tərəfdən, Dərviş Məstəli şah isə mövhumatçı, cadugər kimi təqdim olunur və insanları aldadaraq öz təsiri altına salır. Hadisələr Şahbaz bəyin Fransaya getmək istəyi və ailəsinin buna qarşı çıxması ətrafında inkişaf edir. Ailə Dərviş Məstəli şahın “sehrindən” istifadə edərək Müsyö Jordanı qorxudub ölkədən uzaqlaşdırmağa çalışır. Nəticədə mövhumat qalib gəlirmiş kimi görünsə də, müəllif əsər boyu cəhaləti və geriliyi tənqid edir, elm və maarifin üstünlüyünü vurğulayır.
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 3–10 AZN
Bilet al