

"Arşın mal alan" (iki hissəli operetta) Yaş həddi: 6+ Müəllif: Üzeyir Hacıbəyli Janr: Komediya Tamaşanın müddəti: I hissə - 70 dəqiqə II hissə - 70 dəqiqə Quruluşçu rejissor: Elvin Mirzəyev Quruluşçu dirijor: Nazim Hacıəlibəyov (Əməkdar incəsənət xadimi) Quruluşçu rəssam: Nabat Səmədova (Əməkdar artist) Qısa məzmunu «Arşın mal alan» dahi bəstəkar Üzeyir Hacıbəylinin üçüncü və sonuncu musiqili komediyasıdır. 1913-cü ildə yazılmış əsərin librettosunu da Üzeyir Hacıbəyov özü yazmışdır. Burada əsas məzmun coşqun ruhlu baş qəhrəmanlar olan — Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbətidir. Obrazlı məzmunun dərinliyi və musiqinin inkişafının əhatəliliyi «Arşın mal alan»-ı komik operaya yaxınlaşdırır. Baş qəhrəmanların obrazlarını və fərdiyyətini dolğun açmaq üçün dahi bəstəkar başlıca olaraq ariyadan istifadə etmişdir. Əsərdə məhəbbət, coşqun ehtiraslı, vətənpərvər ruhlu, ümidsizliyi ifadə edən ariyalar səslənir. «Arşın mal alan» musiqili komediyasında Süleyman, Asya, Cahan xala, Soltan bəy, Telli, Vəli və s. kimi obrazlar da özünəməxsusluğu ilə seçilir. Əsərdəki digər bir yenilik Üzeyir Hacıbəyovun milli harmoniya üslubunu yaratmasıdır. Bəstəkar burada polifaniya yazı üslubundan da istifadə etmişdir. "Arşın mal alan” əsəri 2009-cu ildə Elvin Mirzəyev tərəfindən səhnələşdirilib və 2010-cu ilin noyabrına qədər repertuarda özünəməxsus yer tutub. 2010-cu ildə teatrımızın binası təmirə bağlanandan sonra "Arşın mal alan”ın nümayişi dayandırılmışdı. 10 mart 2017-ci ildə isə tamaşa yeni redaksiyada təqdim olundu.
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 8–15 AZN
Bilet al