

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet “Zəhri-Mar” Yaş reytinqi: 16+ Müəllif: Abdulla Elşadlı Quruluşçu rejissor: Abdulla Elşadlı Rollarda: Novuz Cəfərov (Əməkdar artist), Şahmar Məmmədov, Zülfiyyə Əliyeva, Zəminə Cəfərova, Zeynəb Hüseynova, Aysu Kəngərli, Ruslan Hüseynov, Elmir Məmmədov və Ümid Orucov Janr: ailə dram Tamaşanın müddəti: 1 saat 20 dəq Tamaşanın başlanma vaxtı: 19:00 Müasir dövrdə texnologiyanın inkişafı, sosial dəyişikliklər və psixoloji problemlərin artması narkotik maddələrin yayılmasını daha da sürətləndirir. Xüsusilə gənclər arasında narkotik vasitələrə marağın artması cəmiyyət üçün daha böyük təhlükə yaradır. Buna görə də narkomaniya artıq yalnız tibbi problem deyil, həm də sosial, psixoloji və mənəvi faciə hesab olunur. Məhz bu səhnə əsəri ağır psixoloji ailə faciəsidir. Tamaşa narkomaniya bəlasının yalnız bir insanı deyil, bütöv bir ailəni, münasibətləri və insan ləyaqətini necə məhv etdiyini göstərir. “Zəhri-Mar” yalnız narkomaniya haqqında tamaşa deyil. Bu əsər sevgisinin altında əzilən analar, sınmış zəhmətkeş, sağlamlığını və cavanlığını öz övladının təhsili və gələcəyinə qurban vermiş atalar, ümidsiz gənclər və insanı öz övladına qarşı belə aciz qoyan bir cəmiyyət faciəsini göstərə bilir.
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 5 AZN
Bilet al