

Əli Əmirli “Varlı qadın” "Varlı qadın" tamaşası böyük pulların insan mənəviyyatı və ailə dəyərləri üzərində hökmranlığı haqqındadır. Tamaşanın qəhrəmanları qəfil və gözlənilməz xəbərdən təkcə maddi azadlıq əldə etmirlər, həm də mənəvi eybəcərliyə könüllü təslim olurlar. Həvva Zərlinskaya və professor Qara maddi ehtiyac hissi ilə yaşayırlar. Ailə-məişət sıxıntıları onların bir-birinə olan hörmət hissini itirib, mübahisələr tez-tez komedik situasiyalar yaradır. Yeganə övladları bu vəziyyətlə barışmaq istəmir. Onda valideynlərinə və ümumiyyətlə, ətrafa qarşı laqeyd münasibət formalaşdırır. Qəfil xəbər isə özünü çox gözlətmir. Həvvanın intihar anında qapı döyülür. Vəkil bildirir ki, Həvva Zərlinskayanın xaricdə vəfat edən qohumu miras qalan öz var-dövlətini ona vəsiyyət edib. Var-dövlətə hüquqi tərəfdən sahib olmaq üçün isə Həvva boşanıb mərhumun nəslindən olan kişi ilə yenidən evlənməlidir. Komediya janrında olan tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Joining here doesn't get you a ticket to the event — you can still use EventPark's features (notes, networking, etc). Visit the original source to buy tickets: View original listing
This event was imported from iTicket.az. Visit the original listing to buy tickets or see full details.
Price: 10–25 AZN
Buy ticket