


Ideas are everywhere. Execution is rare. “Azərbaycan Startup Community” tərəfindən təşkil olunan Demo Day 03-ə dəvətlisiniz. Startup qurmaq sizcə yalnız yaxşı bir ideyaya sahib olmaqdır? Demo Day 03-də bu anlayışa başqa tərəfdən baxacağıq. Problemi düzgün müəyyənləşdirmək, uyğun həll yaratmaq, ilk addımları atmaq, qarşıya çıxan çətinliklərdən öyrənmək və ideyanı inkişaf etdirmək — startup yolunun əsl hissəsi məhz bunlardır. Tədbirdə seçilmiş startup-lar öz layihələrini təqdim edəcək, iştirakçılar isə onların inkişaf yolu, qarşılaşdıqları çətinliklər və gələcək planları ilə daha yaxından tanış olacaqlar. Bununla yanaşı, sual-cavab sessiyası və networking hissəsi vasitəsilə founder-larla birbaşa əlaqə qurmaq, suallarınızı bölüşmək və yeni əlaqələr yaratmaq imkanınız olacaq. Əgər siz də startup ekosistemini yaxından tanımaq, real founder hekayələrini dinləmək və yeni ideyalar kəşf etmək istəyirsinizsə, 30 oktyabrda bizimlə olun. İştirak üçün aşağıdakı formu doldurmağınızı xahiş edirik. Tarix: 30 oktyabr 2026, 19:00 Məkan: Azərbaycan İnnovasiya Mərkəzi Qeydiyyat üçün son tarix: 29 oktyabr, 23:00
Registration happens on the organizer's site
Deadline passed: 29 October 2026, 23:00
Add to my agenda
Notes, networking and the programme unlock. This does not count as registering.
EventPark is a platform that brings event discovery, ticketing, QR check-in, agenda planning, and attendee networking together in one place — built for conferences, seminars, and forums.
This event is about “Tech & AI”. AI can show you what you would get out of it.
Sign in and let AI show what you would gain from this event based on your interests. Signing up is free.