

BALETİN QISA MƏZMUNU I pərdə I ŞƏKİL Kiçik şəhərcikdə bayram əhval-ruhiyyəli meydan. Maşa valideynləri ilə gəlir. Çox gözəl, nağılvari bir yolkanın işıqları yanır. Valideynlər uşaqlarına milad hədiyyələri paylayırlar. Hamı sevinir. Drosselmeyer Santa-Klaus paltarında gəlir. Uşaqlar onu dövrəyə alırlar. O böyük qutudan oyuncaqları götürüb uşaqlara paylayır. Onlar Maşa üçün maraqlı deyil, o darıxır. Drosselmeyer ona Şelkunçiki verir. Maşa çox sevinir. Bu eybəcəri görən böyüklər və uşaqlar gedirlər. Maşa Şelkunçiki incə qəlbli zərif qəhrəman kimi qəbul edir və onunla rəqs etməyə başlayır. Böyüklər və uşaqlar gələndə Şelkunçik gözlənilmədən sınır. Maşa Santa-Klausdan yardım istəyir. Santa-Klaus kostyumunu atarkən Maşa onun Drosselmeyer olduğunu görür. Drosselmeyer Şelkunçiki canlandırır. II ŞƏKİL Maşanın otağı. Yolkanın altındakı oyuncaqlar arasında Şelkunçik da vardır. Maşa onları yatırdır. Hamı yuxuya gedir. Drosselmeyer gelir. O, Siçanlar kralı və Şelkunçiki döyüşdürür və bununla Maşanı yeni sınaqlara çəkir. Maşa qorxusunu dəf edərək qeyri-bərabər döyüşdə Şelkunçikin köməyinə gəlir. Drosselmeyer döyüşü saxlayır, Şelkunçiki gözəl şahzadəyə çevirir. Onlar artıq böyümüş Maşa ilə canlanan təbiətin qoynuna səyahətə yollanırlar. Qar dənələri Maşa və Şahzadəni macəralarla dolu səyahətdə əyləndirir. Burada onları yeni sınaqlar gözləyir. II pərdə Təbiət oyanır və nəfəs almağa başlayır. Drosselmeyer, ardınca Maşa və Şelkunçik digər oyuncaqlarla birlikdə gəlirlər. Siçanlar kralı əyanları ilə birlikdə onları təqib edir. Təkbətək döyüşdə cəsur Şelkunçik Siçanlar kralına qalib gəlir. Drosselmeyer çox xoşbəxtdir, çünki onun arzuları həyata keçmişdir. 02 dekabr 2026 "ŞELKUNÇİK" (2 pərdəli balet) Bəstəkar – Pyotr Çaykovski Dirijor – Əməkdar artist Əyyub Quliyev Baletmeysterlər – Xalq artisti Rəfiqə Axundova, Xalq artisti Maqsud Məmmədov Baletmeyster repititorlar – Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçev Quruluşçu rəssam – Mariya Sokolova İcraçı rəssam – Əməkdar mədəniyyət işçisi Tehran Babayev Tamaşanı idarə edən – Əməkdar artist Yuriy Lobaçev Konsertmeyster – Züleyxa Usubova İŞTİRAK EDİRLƏR: Maşa – Liana Praqa – ilk ifa Şahzadə – Aleksandr Suldin Drosselmeyer – Ağamir Mirzəyev
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 15–50 AZN
Bilet al