

“ROMEO VƏ CÜLYETTA” Bir pərdəli balet Pyotr Çaykovskinin musiqisi əsasında səhnələşdirilən “Romeo və Cülyetta” baleti klassik rəqs dili ilə təqdim olunan əbədi məhəbbət hekayəsidir. Tamaşa təsirli xoreoqrafiyası, dramatik süjeti və möhtəşəm musiqi müşayiəti ilə seçilir. Yaradıcı heyət: Bəstəkar — Pyotr Çaykovski Dirijor — Mustafa Mehmandarov Quruluşçu baletmeyster — Rusiyanın Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Georgi Kovtun Quruluşçu rəssam — Xalq rəssamı Tahir Tahirov Baletmeyster-repetitorlar — Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzayev, Əməkdar artist Yuriy Lobaçev Tamaşanı idarə edən — Əməkdar artist Yuriy Lobaçev Konsertmeyster — Züleyxa Usubova İştirak edirlər: Cülyetta — Liana Praqa Romeo — İntiqam Məmmədov (ilk ifa) Lorenso — Edvard Arazov Təlxək — Mehman Mərdanov “ŞƏHRİZAD” Bir pərdəli balet Nikolay Rimski-Korsakovun musiqisi və Mixail Fokinin əfsanəvi xoreoqrafiyası əsasında hazırlanmış “Şəhrizad” baleti tamaşaçıları Şərq nağıllarının sehrli aləminə aparır. Parlaq obrazlar, zəngin kostyumlar və emosional musiqi bu səhnə əsərini klassik balet sənətinin ən möhtəşəm nümunələrindən birinə çevirir. Yaradıcı heyət: Bəstəkar — Nikolay Rimski-Korsakov Dirijor — Mustafa Mehmandarov Xoreoqrafiya — Mixail Fokin Yeni redaksiyanın müəllifi — Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva Baletmeyster-repetitorlar — Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzayev, Əməkdar artist Yuriy Lobaçev Konsertmeyster — Züleyxa Usubova İştirak edirlər: Zibeydə (Şəhrizad) — Əməkdar artist Elmira Süleymanova Zibeydənin sevimli qulu — Əməkdar artist Anar Mikayılov Şəhriyar — Faiq Qubatov Şahzaman — Seymur Qədiyev Hərəmağası — İqor Kuznetsov Kənizlər — Nigar Əliyeva, Leyla Narimanidze, Dinara Məmmədova
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 12–20 AZN
Bilet al