


15 noyabr tarixində keçiriləcək “Opera və Gitara Axşamı” klassik vokal sənəti ilə klassik gitaranın zəngin və rəngarəng imkanlarını bir səhnədə birləşdirəcək. Gecədə Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Fidan Hacıyeva, gənc solist Röya Əliyeva, eləcə də gitara ifaçıları Cavid Bakı, Zaur Məmmədov, Kamran Əhmədov və Ayan Musayeva çıxış edəcəklər. Proqramda Jorj Bizenin “Karmen” operasından “Habanera” və “Şanson de Bohem”, Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası, Tofiq Quliyevin “Qızıl üzük” və “Axşam mahnısı” kimi vokal əsərləri ilə yanaşı, dünya klassik gitara repertuarının seçilən nümunələri təqdim olunacaq. Gecənin proqramı müxtəlif üslub və dövrlərə aid əsərləri bir araya gətirərək opera vokalının dramatik və emosional gücü ilə gitaranın zərif, incə və rəngarəng səslənişini qarşılaşdırır. “Opera və Gitara Axşamı” — klassik musiqinin iki fərqli ifadə vasitəsinin bir səhnədə yaratdığı özünəməxsus musiqi dialoqudur.
20 AZN
Bilet alBu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 20 AZN
Bilet al