


“Mənəm, mən...” tamaşası mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur. Səhnə əsəri mistik-psixoloji dram janrında seyrçilərə təqdim olunacaq. “Mənəm, mən...” tamaşaçıları Nəsimi dövrü ilə tanış olmağa dəvət edir. İlqar Fəhminin əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Mistik-psixoloji dram janrlı səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Ziya Ağa, Əbdülqəni Əliyev, Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov və Elşən Əsgərov iştirak edir.
5–15 AZN
Bilet alBu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 5–15 AZN
Bilet al