

Emre Aydın Bakıda! Türkiyə rok musiqisinin ən sevilən və özünəməxsus ifaçılarından biri Emre Aydın 30 yanvar tarixində Bakı Konqres Mərkəzinin səhnəsində pərəstişkarları ilə görüşəcək! Duyğusal mahnıları, fərqli ifa tərzi və illərdir sevilərək dinlənilən hitləri ilə geniş auditoriyanın rəğbətini qazanan sənətçi bu dəfə Bakıdakı dinləyicilərinə unudulmaz musiqi gecəsi yaşadacaq. “Afili Yalnızlık”, “Hoşçakal”, “Soğuk Odalar”, “Beni Biraz Böyle Hatırla” və digər sevilən mahnılar canlı ifada səslənəcək. Emre Aydının musiqisi və xüsusi səhnə atmosferi ilə yadda qalacaq bu gecəni qaçırmayın! Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir. Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 35–175 AZN
Bilet al