


"Bir qalanın sirri" tamaşasının annotasiyası Nağıl-tamaşa xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən bəhs edir. Tamaşada göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir. Alim-həkim Eldostu, onun sədaqətli və sevimli şagirdi Mətanət, igid və cəsur usta, onun şagirdi Elşən, Kamran baba bu mübarizənin önündə gedirlər. Əsərdən fərqli olaraq, tamaşada məkan işğaldan azad olunmuş Qarabağ torpaqları, əsrarəngiz təbiəti ilə doğma Azərbaycanımızın ən qiymətli incilərindən biri olan Kəlbəcərdir. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur.
8 AZN
Bilet alBu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 8 AZN
Bilet al