

İlk dəfə Azərbaycanda! P. Çaykovskinin əfsanəvi “Şelkunçik” baletini Gediminas Tarandanın rəhbərliyi ilə “Rus İmperator Baleti” təqdim edəcək. Dünyanın ən gözəl Yeni il ənənələrindən biri ilk dəfə Bakıda Heydər Əliyev Sarayının səhnəsində əsl Yeni il möcüzəsi! Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestrinin və Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, həmçinin Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin iştirakı ilə bütün ailə üçün unudulmaz Yeni il bayramına çevriləcək möhtəşəm beynəlxalq layihə təqdim olunacaq.
Buradan qoşularaq tədbirə bilet əldə etmirsiniz — sadəcə EventPark-ın imkanlarından (qeydlər, şəbəkələşmə və s.) istifadə edə bilərsiniz. Bilet almaq üçün əsas mənbəyə keçid edin: Orijinal elana bax
Bu tədbir iTicket.az saytından götürülüb. Bilet almaq və ətraflı məlumat üçün orijinal elana keçin.
Qiymət: 39–179 AZN
Bilet al